Abşeronda evdən 62 min avro oğurlandı

Abşeronda evdən 62 min avro oğurlandı

27 Oktyabr 2017 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeronda evdən 62 min avro oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62 000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.