Bərdədə faciə: Özünü zəhərləyib öldürdü

Bərdədə faciə: Özünü zəhərləyib öldürdü

27 Oktyabr 2017 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdədə intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, rayonun Dəymədağıldı kənd sakini, 1970-ci il təvəllüdlü Xəlilov Mətləb Sovet oğlu atasının evində müxtəlif dərman həbləri qəbul edərək özünü zəhərləyib.

Ağır vəziyyətdə xəstəxanaya gətirilən 47 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, intihar edən M.Xəlilov ailəli olub. O, son vaxtlar prostat vəzinin xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.