Bakıda qadınları şantaj edən şəxs həbs olundu

Bakıda qadınları şantaj edən şəxs həbs olundu

26 Oktyabr 2017 13:47
184
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda şantajla məşğul olan şəxs tutulub.

Lent.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsinə müraciət edən 42 yaşlı qadın sosial şəbəkədə tanış olduğu Elman adlı şəxsin onu şantaj edərək pul aldığını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 500 manat almış Elman Bəşirov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.