Lənkəranskinin adamları həbs edildi – Peterburqda

Lənkəranskinin adamları həbs edildi – Peterburqda

25 Oktyabr 2017 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Sankt-Peterburq şəhərində 3 azərbaycanlı saxlanılıb.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, saxlanılanlar Emin Əhmədov, Mehman Əmiraslanov və Hüseyn İsgəndərovdur. Onlar İstanbulda qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin (Caniyev) yaxın adamlarıdır.

Məlumatlara görə, onlar sentyabrın 12-də Tiflisdə Lotu Quli ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Elşən Məmmədovu qətlə yetirməkdə şübhəli bilinirlər:

"Emin Əhmədov kriminal avtoritet və Lənkəranskinin ölümündən sonra onun imperiyasına rəhbərlik edən Zaur Əhmədovun doğma qardaşıdır. Zaur Əhmədov Rövşən Lənkəransinin həm də yeznəsidir.

Saxlanılan zaman onların avtomobilindən tapança və 8 güllə aşkar edilib".