İŞİD-dən Messiyə şok təhdid: Bizi gözləyin...

İŞİD-dən Messiyə şok təhdid: Bizi gözləyin...

25 Oktyabr 2017 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

İŞİD terrorçuları dünya ictimaiyyətini 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı zamanı stadionları partladacaqları ilə hədələyib.

Axar.az xəbər verir ki, bu barədə "Vətən" qəzeti informasiya yayıb.

İŞİD-in yayımladığı təhdid xarakterli videolardan biri də "Barselona"nın ulduz futbolçusu Lionel Messiyə həsr olunub. Məşhur argentinalı futbolçunu dəmir barmaqlar arxasında gözlərindən qan damlayan şəkildə təsvir edən terror təşkilatı "Bizi gözləyin" hədəsi göndərib.

Qeyd edək ki, İŞİD-in Rusiyadakı hədəflərindən biri kimi çempionatın final oyununun keçiriləcəyi "Lujniki" stadionu göstərilib.