Məhkəmədə həbs edilən ana 1 yaşlı körpəsini də məhbəsə apardı

Məhkəmədə həbs edilən ana 1 yaşlı körpəsini də məhbəsə apardı

24 Oktyabr 2017 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən S.MansurovA 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ev dustaqlığında olan Aytəkin Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. O, 1 yaşlı övladını da özü ilə həbsxanaya aparıb.

Xatırladaq ki, prokuror hər iki qadına 9 il azadlıqdan məhrum edilmə cəzası tələb edib.