Ağstafada 3 uşaq atası özünü asdı

Ağstafada 3 uşaq atası özünü asdı

24 Oktyabr 2017 09:04
194
Bəyəndim (0) Bəyənmədim (0)

Ağstafa rayonunun Poylu kəndində intihar hadisəsi baş verib.

Mediainfo.Az-ın Report-un Qərb bürosuna istinadla məlumatına görə, 1962-ci il təvəllüdlü rayon sakini Ədalət Nəsib oğlu Nəbiyev özünü yaşadığı evdə asaraq öldürüb.

Özünü asan ailəlidir və 3 övladı var.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.