Səbaildə qan töküldü

Səbaildə qan töküldü

20 Oktyabr 2017 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda, "Qurman" restoranının qarşısında gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb.

Mediainfo.Az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Bakı-Salyan şosesində yerləşən "Qurman" restoranında əlbəyaxa dava olub.

Dava zamanı 1992-ci il təvəllüdlü Mirzəyev Elvin Hacı oğlu qonşuluğunda yaşayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, zərərçəkənin bədən və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq xəsarəti yetirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.