Maşallah Əhmədovun həbs edilməsi tələb edildi

Maşallah Əhmədovun həbs edilməsi tələb edildi

19 Oktyabr 2017 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun barəsində Bakı Apelyasiya Məhkəməsi tərəfindən çıxarılan qərardan kasasiya şikayəti verilib.

Teleqraf.com xəbər verir ki, kasasiya şikayəti Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun icraatına verilib.

Maşallah Əhmədovla bağlı şikayət oktyabrın 11-də Ali Məhkəməyə daxil olub.

Yaxın günlərdə şikayət üzrə məhkəmə baxışı keçiriləcək.

Bildirilib ki, Maşallah Əhmədovla bağlı şikayət cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Yusif Əzizov verib. O, qeyd edib ki, külli miqdarda dələduzluq etməkdə suçlanan Maşallah Əhmədovun cəzasının 8 ildən 2 ilə endirilməsi qanunsuzsdur. Zərərçəkmiş Maşallah Əhmədovun cəzasının ağırlaşdırılması istəyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Maşallah Əhmədov və onun vəkillərti apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Maşallah Əhmədovun cəzası 2 ilə endirilib.

Maşallah Əhmədov vurulan ziyandan 11 min manat birinci instansiya məhkəməsində araşdırma parılan zaman, Bakı Apelyasiya Məhkəməsində iş gedən zaman isə 32 min manat ödəyib.

Yusif Əzizov Maşallah Əhmədovdan ümumilikdə 300 min manat tələb edir.

Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Xatırladaq ki, Maşallah Əhmədov vaxtından əvvəl şərti cəza ilə azadlığa buraxılması ilə bağlı yerli məhkəməyə müraciət edib. Onun müraciəti təmin edilərək çəkilməmiş hissəsi şərti hesab edilib və vaxtından əvvəl azadlığa buraxılıb.

Maşallah Əhmədovun azadlığa buraxılması ilə bağlı apelyasiya şikayəti və protesti verilməyib.