Abşeronda qardaş bacısını güllələdi

Abşeronda qardaş bacısını güllələdi

18 Oktyabr 2017 08:57
320
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi baş verib.

Mediainfo.Az Report-a istinadla xəbər verir ki, 1982-ci il təvəllüdlü Süleymanova Əntiqə Abdulla qızı qısqanclıq zəminində qardaşı tərəfindən tüfənglə güllələnib.

Qadın göz və alın nahiyələrindən güllə yarası alıb.

Hadisəni törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.