Müğənni Kirkorov   İŞİD tərəfindən öldürüləcəkmiş...

Müğənni Kirkorov İŞİD tərəfindən öldürüləcəkmiş...

17 Oktyabr 2017 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

İŞİD terror təşkilatı rusiyalı müğənni Filip Kirkorovun Maxaçqaladakı konsertində terror aktı törətməyi planlaşdırıbmış.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, bu ilin iyulunda törədilməsi nəzərdə tutulan terror üçün 3 partlayıcı konsert zalında yerləşdirilməli imi. Rus polisinin sayıqlığı nəticəsində partlayıcıların zala daxil olmasının qarşısı alınıb.

Məlumatlar Maxaçqalada saxlanılan İŞİD döyüşçülərinin ifadələri zamanı üzə çıxıb.

Əməliyyat zamanı 4 terrorçu saxlanılıb.