"Oazis" restoranında dava: polisi vurdular

"Oazis" restoranında dava: polisi vurdular

17 Oktyabr 2017 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda yerləşən "Oazis" restoranında sərxoşların davasının növbəti qurbanı Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı olub.

Bu barədə sputnik-ə Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bazar günü axşam 8-ci mikrorayon ərazisində yerləşən restorana gələn Bakı sakinləri- 1988-ci il təvəllüdlü Rüstəm Cəfərov, 1992-ci il təvəllüdlü Ramiz Babazadə və 1989-cu il təvəllüdlü Sumqayıt sakini sərxoş vəziyyətdə dalaşıb. Hadisə yerinə gələn AR DİN Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Həsənzadə Turalbəy Mehman oğlu xuliqanları asayişi bərpa etməyə çağırıb.

Lakin davanın gedişində dalaşanlardan biri polisin gözünə yumruq vurub və hadisə yerindən qaçaraq gizlənib.

Araşdırma zamanı məlum olub ki, polisə hücum edən şəxs Cəfərovdur. 5-ci polis bölməsinin əməkdaşları onu saxlayaraq AR Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət məsuliyyətinə cəlb ediblər.