Mal-qara oğruları tutuldular

Mal-qara oğruları tutuldular

16 Oktyabr 2017 13:59
Bəyəndim (0) Bəyənmədim (0)

Vətəndaşlara məxsus mal-qaranın oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən Mediainfo.Az-a verilən məlumata görə, avqustun 28-də Qazax rayon sakinləri Paşa Əyyubov və qardaşı Həsən Rayonyun Fərəhli kəndi ərazisindəki otlaq sahəsindən 5 baş inəklərinin oğurlanması barədə verilən məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Əziz Əliyev və qardaşı Kainat tutulublar.

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə oktyabrın 15-nə keçən gecə Samur qəsəbəsindəki evlərdən birinin həyətindən 9 baş qoyunu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Rəhim Butayev və Murad Məhsimov tutulublar.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari il sentyabrın 10-dan oktyabrın 3-dək olan müddətdə rayon ərazisindəki 3 quşçuluq sexindən və 1 fermadan təmir-tikinti alətləri, inşaat materialları və 4900 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər, məhkum olunmuş Elvin Bəydəmirov tutulub.