10-cu sinif şagirdi intihar etdi

10-cu sinif şagirdi intihar etdi

16 Oktyabr 2017 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, Mədrəsə qəsəbə sakini, 2002-ci il təvəllüdlü Polad Məmmədov yaşadığı evin həyətində özünü asaraq, intihar edib.

Mədrəsə qəsəbə tam orta məktəbinin direktoru Ağamustafa Teymurov açıqlamasında Polad Məmmədovun dərsə davamiyyətli bir şagird olduğunu bildirib:

"Polad ailənin böyük övladıdır. Ailədə 3 uşaqdırlar, bir bacı, iki qardaş. Heç vaxt söz-söhbətəri olmayıb. Açığı imkansız da ailə deyillər. Poladın dərsə davamiyyəti qaydasında olub, özü də yaxşı oxuyurdu, idmana marağı daha böyük idi. 5-ci günü dərsdə olub. 6-cı günü isə sinif yoldaşları ilə görüşüb, söhbətləşib, ayrılandan sonra isə bu hadisə baş verib.

Hər halda onun niyə bu addımı atması hamıya maraqlıdır. O, sinif yoldaşları ilə həmişə əlaqədə olub. Amma bu dəfə nədənsə heç kimi axtarmayıb. Məktəbdə onun kimisə sevdiyini hiss etməmişik. Amma ola bilər ki, kimisə sevsin, məktublaşsın, yaxud da zəngləşsin, o haqda heç nə deyə bilmərəm. Özünü öldürəcəyi barədə də kiməsə də məlumat verməyib".