Müşfiq Mədətova hücum edənlər polisə silahlı müqavimət göstərdi

Müşfiq Mədətova hücum edənlər polisə silahlı müqavimət göstərdi

15 Oktyabr 2017 18:27
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən-oktyabrın 14-də axşam saatlarında Səbail rayonu ərazisindəki çayxanaların birində keçmiş polis rəisi Müşfiq Mədətova beş nəfərin soyuq silahla hücum etdiyi və nəticədə Mədətovun xəsarətlər aldığı barədə Moderator.az xəbər verib.

Aldığımız yeni məlumatlara görə dünən gecə saat 2 radələrində Səbail rayon polisi basqın edənlərə qarşı əməliyyat tədbiri keçirib. Əməliyyat zamanı basqın edən şəxslərin silahlı müqavimət göstərdiyi və nəticədə bir polis işçisinin yaralandığı barədə də məlumatlar daxil olub. Polis işçiləri basqın edən şəxslərə müqaviməti dayandırıb təslim olmalarını təklif etsələr də, quldurlar bu müraciətə məhəl qoymayıb və qaça biliblər.

Məlumata görə, Qara Qarayev prospekti, "Ruslan 93" idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə "Toyota"ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri "Vinçestr" markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə canilər polisdən qaça biliblər. O.Axundzadə yaralanıb.

Polis zabiti sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (Eksperimental Xəstəxana)-ya yerləşdirilib. Hadisə zamanı onun damarı zədələnib. İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.

Aldığımız məlumata görə Müşfiq Mədətova silahlı basqın edən şəxslər biznes aləmində tanınmış bir şəxsin mühafizə dəstəsinin üzvləridir. Hüquq- mühaifizə orqanlarının əməliyyat-axtarış tədbirləri davam edir. Hadisələrin gedişi barədə oxucularımızı məlumatlandıracağıq.