Ər-arvadı qətlə yetirən şəxs özünü asdı

Ər-arvadı qətlə yetirən şəxs özünü asdı

9 Oktyabr 2017 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Antalyanın Finike qəsəbəsində daş karxanalarına qarşı etirazları ilə tanınan və dağ evlərində qətlə yetirilən Ali Ulvi (61) və Aysin Büyüknohutçu cütlüyünün 31 yaşlı qatili Ali Yamuç həbsxanada özünü öldürüb.

Milli.Az xəbər verir ki, Ali Yamuçun müəmmalı intiharı öncəsi arvadı, anası və bir dostuna göndərmək üçün 3 məktub yazdığı ortaya çıxıb.

Alanya prokurorluğunun hesabatına görə, digər məhbuslar səhər yeməyinə getdikləri zaman Ali Yamuç kamerasında qalıb. Tualetə gedərək özünü asıb.

Ali Yamuçun şübhəli ölümü ilə bağlı davam etdirilən istintaq zamanı Yamuçun 3 məktub yazdığı ortaya çıxıb. Bu məktublardan birində "Cinayətdə iştirak və kömək" maddəsi ilə təqsiləndirilərək həbs edilən həyat yoldaşı Fatma Yamuça xitab edildiyi məlum olub. Yamuçun digər iki məktubu isə anasına və qonşusu olduğu deyilən bir dostuna yazdığı üzə çıxıb.

İstintaq prosesi sonrası məktubların ünvanlandığı insanlara veriləcəyi qeyd edilir.