Bakıda kütləvi dava oldu, üç qardaş xəsarət aldı

Bakıda kütləvi dava oldu, üç qardaş xəsarət aldı

9 Oktyabr 2017 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda kütləvi dava düşüb, 3 qardaş ağır xəsarət alıb.

Mediainfo.Az Report-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Ramana qəsəbəsində, küçədə 33 yaşlı Qurbanov Niyaməddin Musa oğlu ilə tanışı arasında mübahisə düşüb. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Belə ki, 14 nəfər şəxs N.Qurbanov və onun qardaşları 29 yaşlı Qurbanov Şahmarı, 25 yaşlı Qurbansoy Mamedi döyərək, onlara müxtəlif vasitələrlə ağır xəsarət yetiriblər. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.