Maştağada ev sahibi ustalar tərəfindən döyüldü

Maştağada ev sahibi ustalar tərəfindən döyüldü

5 Oktyabr 2017 09:21
225
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda gənc qız evdə işləyən ustalar tərəfindən döyülüb.

Mediainfo.Az Report-a istinadla xəbər verir ki, Maştağa qəsəbəsinin Nizami küçəsində yerləşən fərdi yaşayış evinin sahibi 29 yaşlı Hüseynova Oksana Ağabəy qızı orada işləyən ustalarla mübahisə edib.

Nəticədə qadın bir neçə nəfər tərəfindən döyülüb. O, başından açıq kəllə-beyin travması alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü Polis bölməsi tərəfindən araşdırmalara başlanılıb.