Bakıda avtobusda 26 yaşlı qızı döydülər

Bakıda avtobusda 26 yaşlı qızı döydülər

3 Oktyabr 2017 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda marşrut avtobusunda xuliqanlıq hadisəsi baş verib.

Xəzər rayonu Zirə qəsəbəsi ilə metronun "Koroğlu" stansiyası arasında sərnişindaşıma ilə məşğul olan 150 saylı xətt avtobusunda Sadiq adlı şəxs 26 yaşlı Aytən Məmmədovanı döyərək ona xəsarətlər yetirib. Digər sərnişinlərin müdaxiləsi ilə qızı həmin şəxsin əlindən almaq mümkün olub.

Faktla bağlı polisdə araşdırma aparılır./lent.az