Qubada gənc oğlan özünü asdı

Qubada gənc oğlan özünü asdı

2 Oktyabr 2017 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunda intihar hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndində baş verib. Həmin kəndin sakini olan 1990-cı il təvəllüdlü Rövşən Əlimirzə oğlu Hüseynov özünü ağacdan asaraq intihar edib.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.