Dünən Azərbaycanda 45 cinayət törədilib!

Dünən Azərbaycanda 45 cinayət törədilib!

16 Aprel 2011 17:21
Bəyəndim (0) Bəyənmədim (0)
24 nəfər isti izlərlə həbs olunub


15 aprel tarixində Azərbaycan Respublikası ərazisində qeydə alınan kriminal hadisələri "Oxumeni.az" saytından xəbər alın.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmış, onların da 23-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

1. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

2. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər yaralanmışdır.

3. 2 yanğın hadisəsi qeydə alınmışdır.

4. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.

5. Cinayət törətdiklərinə görə 24 nəfər həbs olunmuşdur.

Cəmiyyət iki tip insanları sevmir: ona qarşı çıxanları və onu müdafiə edənləri. Çalışın həyatda cəmiyyətə nə qarşı çıxasınız, nə də onu müdafiə edəsiniz. Yoxsa adınız hər zaman "qara siyahının" sakininə çevrilər...

Günel Həbib

O.M.