Şirvanda toyda yeməyin gecikdirilməsi kütləvi davaya səbəb oldu

Şirvanda toyda yeməyin gecikdirilməsi kütləvi davaya səbəb oldu

5 Oktyabr 2011 11:07
1 104
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 4-də saat 22 radələrində, Şirvan şəhərində fəaliyyət göstərən "Sərvət" şadlıq sarayında

kütləvi dava baş verib. Kütləvi dava zamanı Şirvan sakini, 1968-ci il təvəllüdlü Səmədov Şahin Əmirxan oğlu aranı sakitləşdirən zaman ürək tutmasından dünyasını dəyişib. Digər şəxs Sabirabad rayonu Həşimxanlı kənd sakini 1990-cı il təvəllüdlü Qafarov Nicat Mahir oğlu isə sifətindən və qolundan kəsici alətlə, çoxsaylı dərin yaralar alıb və Şirvan şəhər xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.Şahidlər davanın qız evinin adamları ilə oğlan evinin nəzarətçisi arasında yeməyin gecikdirilməsi səbəbindən baş verdiyini bildirirlər. Yaralının atası Mahir Qafarov isə bildirir ki, dava zamanı tərəflər bir-birinə stullar və butulka sınıqları atıblar, davanın əsas iştirakçısı və onun oğluna xəsarət yetirən şəxs dünyasını dəyişən şəxsin qardaşı Rəsul Səmədov olub.

Kütləvi dava zamanı şadlıq sarayına böyük ziyan dəyib. Belə ki, şadlıq sarayına məxsus qablar sındırılıb, kompüter sıradan çıxarılıb və digər maddi ziyan dəyib. Hadisə ilə əlaqədar bir neçə nəfər Şirvan polisi tərəfindən saxlanılıb.

Mübahisə zamanı söz yağış kimidir, birinci dəfə yağanda bərəkət olur, dördüncü dəfə yağanda fəlakət.

Fərid Qurbanov

O.M.