Mal-qara oğurlamış cinayətkar dəstə zərərsizləşdirilib

Mal-qara oğurlamış cinayətkar dəstə zərərsizləşdirilib

3 Oktyabr 2011 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi əməkdaşlarının Ağdam, Bərdə, İsmayıllı rayon polis şöbələri ilə birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin rayonlarda mal-qara oğurluğu törətmiş dörd nəfərlik dəstə yaxalanıb. Dəstə üzvləri hamısı Ağdam rayon sakinləri Vəliyev Vüqar Ədalət oğlu, Hüseynov Vilayət Barat oğlu, Ələkbərov Sevindik Surxay oğlu və Quliyev Səxavət Cəmil oğludur. Saxlanılan şəxslər törətdikləri oğurluq əməllərini etiraf ediblər. Faktla bağlı Ağdam RPŞ-də AR CM-nin 177.1 maddəsi ilə cinayət işi başlanıb. Dəstə üzvlərinin digər oğurluq faktlarına görə də məsuliyyət daşıyıb-daşımadıqları da araşdırılır.

Oğru doğru qarşısında aciz qaldı.

Fərid Qurbanov

O.M.