Oğul anasını baltaladı

Oğul anasını baltaladı

30 Sentyabr 2011 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Masallıda dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Rüdəkənar kəndində qeydə alınıb. Rayon İcra Hakimiyyəti başçısının Mahmudavar İnzibati Ərazisi üzrə nümayəndəsi Hikmət Xanməmmədovun verdiyi məlumata görə, Rüdəkənar kənd sakini, 1972-ci il təvəllüdlü Qafil Zakir oğlu Şükürov ailə münaqişəsi zəminində anası, 1953-cü il təvəllüdlü Şöhrət Tapdıq qızı Şükürovaya balta ilə zərbə vuraraq onu qətlə yetirib. Q. Şükürov hadisəni törədəndən sonra qaçıb. Onun Talış meşələrində gizləndiyi bildirilir. Onun ruhi xəstə olduğu açıqlanıb. Q. Şükürovun tapılması üçün rayon hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Ona həyat verən anasının həyatına son qoydu.

Tofiq Əliyev

O.M.