Balakən sakinindən 530 qr marixuana götürülüb

Balakən sakinindən 530 qr marixuana götürülüb

28 Sentyabr 2011 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki şəhəri ərazisində, Bakı şəhər sakini Xəqani Mehdiyevin idarə etdiyi "Merсedes" markalı avtomaşın DİN Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Avtomaşına baxış zamanı sərnişin qismində gedən Balakən rayon sakini Elçin Tağıyevdən 530 qram marixuana götürülüb. Faktla bağlı cinayət işi qaldırılıb.

Qanuna yaxın olun ki, cinayətdən uzaq olasınız.

Tofiq Əliyev

O.M.