Görüşə gedən iki qohum naməlum şəraitdə bıçaqlandı

Görüşə gedən iki qohum naməlum şəraitdə bıçaqlandı

28 Sentyabr 2011 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib. "ANSPRESS"in məlumatına görə, iki nəfər - 27 yaşlı Kərimov Afiləddin İbrahim oğlu və onun həmyaşıdı Həsənov Vüqar Xanbəy oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alıblar. Yaralılar hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Xəsarətləri ağır olsa da, əməliyyat olunan hər iki yaralını həyatı xilas etmək mümkün olub.

Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar. İlkin araşdırmalardan sonra məlum olub ki, bıçaq yaraları alan Vüqar və Afiləddin yaxın qohumdurlar. Sabunçu rayonunda yaşayan hər iki şəxs Xırdalan şəhərinə əvvəldən tanıdıqları bir nəfərlə görüşmək üçün gəliblərmiş. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et.

Tofiq Əliyev

O.M.