Dələduz dəllal axtarışa verilib

Dələduz dəllal axtarışa verilib

27 Fevral 2017 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əbilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəmə iclaslarına dəfələrlə gəlmədiyi üçün onun barəsində qərar qəbul edilib.

Qərara əsasən, Z. Əbilov axtarışa verilib və onun barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz olunub.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Z. Əbilov Bakıda ev dəllalı kimi fəaliyyət göstərib. O, zərərçəkmiş şəxsə qarşı 21 min manat məbləğində dələduzluqda ittiham olunur.

Mediainfo.az