Vidadi Zeynalov: “Mən bilmirəm, sən həmin ifadəni verəndə xəstə olmusan, ya yox... ”

Vidadi Zeynalov: “Mən bilmirəm, sən həmin ifadəni verəndə xəstə olmusan, ya yox... ”

24 Fevral 2017 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin baş mühasibi Səhrab Hümbətov, "Rabitə Mülki Tikinti" MMC-nin direktoru Emin Məmmədov, "Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmov, "Təmir Təchizat Servis" MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hhakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə cinayət işinin materialları arasında olan sənədlər və məhkəməyə üzrlü səbəbdən gələməyən şahidlərin ifadəsi elan edilib.

Həmçinin təqsirləndirilən şəxslərin istintaqa verdiyi ifadələr də elan olunub.

Təqsirləndirilən Oqtay Rüstəmov istintaqa verdiyi ifadəsini təsdiq edib. Bu zaman Vidadi Zeynalov Oqtay Rüstəmova deyib: "Mən bilmirəm, sən həmin ifadəni verəndə xəstə olmusan, ya yox... Dindirilmə zamanı məbləğlər demisən. Axı belə şey olmayıb".

Oqtay Rüstəmov isə istintaq dövründə belə ifadə vermədiyini söyləyib.

O, istintaqa ifadəsində nazirlikdə mənimsəmə faktları haqda danışıb. Ancaq məhkəmədə dediklərini təkzib edib.

Proses martın 1-də davam edəcək.

Mediainfo.az