"Meyvəli" bazarında qan töküldü

"Meyvəli" bazarında qan töküldü

27 Sentyabr 2011 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Qaradağ rayonu ərazisində qanlı hadisə baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə sentyabrın 25-də Lökbatan qəsəbəsində yerləşən "Meyvəli" bazarında törədilib. Lənkəran rayon sakini Mübariz Bayramov qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib. Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Kəlbəcər rayon sakini Taleh Mehdiyev sentyabrın 26-da tutulub. Hadisənin hansı səbəbdən törədilməsi məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bıçaq adi məişət əşyası olsa da, bəziləri ondan qeyi-dinc məqsədlərlə istifadə edir.

Günel Həbib

O.M.