Müəllimə taxta ilə döyülərək öldürülüb

Müəllimə taxta ilə döyülərək öldürülüb

24 Fevral 2017 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Həyat yoldaşını döyərək öldürməkdə təqdirləndirilən şəxsin məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəçə prosesi keçirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində N.Əkbərzadənin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, onun 6 və 9 yaşlarında övladları var. O, Moskvada ticarətlə məşğul olduğunu deyib.

Bildirək ki, qətlə yetirilən 37 yaşlı Dilarə Hüseynovadır. Onu qətlə yetirməkdə təqdirləndirilən şəxs isə 1974-cü il təvəllüdlü əri Əkbərzadə Namiq İsa oğludur.

İlkin araşdırmalar zamanı məlum olub ki, əri tərəfindən vəhşicəsinə döyülərək öldürülən Dilarə Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş.

N.Əkbərzadə istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Hadisə Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən mənzildə baş verib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Dilarə Hüseynovaya açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, Əkbərzadə həyat yoldaşını taxta ilə döyərək qətlə yetirib.

Məhkəmənin növbəti iclası martın 3-nə təyin edilib.

Mediainfo.az