Şəmkirdə sürücüyə daş parçası ilə xəsarət yetirib mobil telefonunu aldılar

Şəmkirdə sürücüyə daş parçası ilə xəsarət yetirib mobil telefonunu aldılar

27 Sentyabr 2011 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir rayonu ərazisində, 2 naməlum şəxs, şəhər sakini Elpərəst Məmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşına sərnişin qismində oturub Şiştəpə kəndinə gedəсəklərini bildirmişlər. Şiştəpə kəndi ərazisində, onlardan biri E.Məmmədova baş nahiyəsindən daş parçası ilə xəsarət yetirib, mobil telefonunu ondan alıb. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şiştəpə kənd sakini Zaur Bayramalıyev tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri nətiсəsində onun sentyabrın 25-də Şiştəpə kəndi ərazisində, kənd sakini Turaс İbrahimovu xuliqanlıq zəminində döyməsi də müəyyən edilib.

Qanuna yaxın olun ki, cinayətdən uzaq olasınız.

Tofiq Əliyev

O.M.