Astaralıdan 1 kq narkotik götürülüb

Astaralıdan 1 kq narkotik götürülüb

22 Fevral 2017 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Astara sakinindən 1 kq narkotik götürülüb.

Apa-nın Cənub bürosunun verdiyi xəbərə görə, Astara polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ərçivan qəsəbə sakini, 1991-ci il təvəllüdlü Qismət Babulla oğlu Mirzəyev rayonun Şiyəkəran kəndi ərazisində həyata keçirilən əməliyyat zamanı şərti alıcı qismində olan şəxsə 500 qram tiryək və 505 qram həşiş qətranını 2000 manata satarkən yaxalanıb.

İstintaq tədbirləri zamanı saxlanılan şəxs ifadəsində bildirib ki, o, narkotik vasitələri istintaqa məlum olmayan "Əfşin" adlı İran İslam Respublikası vətəndaşından alaraq gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mediainfo.az