Keçmiş arvadının üzünə “kislota” tökdürdü

Keçmiş arvadının üzünə “kislota” tökdürdü

21 Fevral 2017 15:20
132

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadının üzünə zəhərli turşu "kislota" atan Vüqar Kərimov və bunu sifariş edən keçmiş əri Tural Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Zərərçəkmiş Nuranə Hüseynova ifadə verərək deyib ki, hadisə nəticəsində bir gözü tamamilə kor olub: "Bir il idi ki, Tural məni izlədirdi, hədələyirdi. O, mənə barışıb yenidən birlikdə yaşamağı təklif etdi, razılaşmadım. Buna görə də qisas almaq üçün üzümə "kislota" tökdürdü. Vüqarı tanımıram. Tural uşaq üçün alimenti həmişə məhəllədəki dükana verirdi, ordan götürürdüm. Həmin gün də axşam zəng edib dedi ki, düş, pulu götür. Dedim gecdi, bu vaxt dükan bağlı olur. Cavab verdi ki, dükanın sahibi maşında məni gözləyir. Mən aşağı düşən kimi bu, oldu. Heç nə görə bilmədim. Tural bu hadisədən əvvəl də dəfələrlə məni döyüb, işgəncə verib. Alimenti ödəyə bilmirdi, icraçılar onu sıxışdırırdı, gəlib mənə yalvarırdı, şikayəti geri götürürdüm".

N.Hüseynova üzünün əvvəlki kimi olmasını istədiyini deyib: "Əməliyyat, müalicə xərclərimi verib sifətimi əvvəlki kimi etdirsinlər".

T.Hüseynov cinayəti qısqanclığa görə etdiyibi deyib: "İstəmirdim ona kimsə yaxın düşsün. Mənim deyilsə, heç kimin olmasın".

Qeyd edək ki, hadisə 2016-cı il mart ayında Pirallahı qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlq T.Hüseynov tanışı, 1981-ci il təvəllüdlü V.Kərimova arvadının üzünə kislota atmasını istəyib, bunun qarşılığında isə ona 2 dönər və 1 araq almağı söz verib.

Mediainfo.az