Edam məhkumlarının son yemək arzusu artıq qarşılanmayacaq

Edam məhkumlarının son yemək arzusu artıq qarşılanmayacaq

26 Sentyabr 2011 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın Texas ştatında bundan sonra edama məhkum edilənlərin son "xüsusi yemək" arzuları qarşılanmayacaq. Yerli dövlət məmurlarının sözlərinə görə, sonuncu dəfə edam edilən Lavrens Rusel Breverin yemək sifarişi olduqca kaprizli və aşırı idi. Ona görə də əməkdaşlar tənqidə məruz qalmışdılar. Və bu səbəbdən də bundan sonra edam məhkumları da digərlərinin yeməklərindən dadacaq.

Bu arada onu da nəzərinizə çatdıraq ki, Alabama ştatında Derik Masson adlı məhkum da edam edilib. O, ABŞ-da bu həftə edam edilən üçüncü şəxs olub.

Keçi can hayında, qəssab piy axtarır.

Günel Həbib

O.M.