“Neftçi”nin eks-qapıçısı və azərbaycanlı Yaşar güllələndi

“Neftçi”nin eks-qapıçısı və azərbaycanlı Yaşar güllələndi

14 Fevral 2017 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

"Neftçi"nin sabiq qapıçısı Vladimir Miçoviç və 48 yaşlı azərbaycanlı, Yaşar adlı şəxs naməlum şəxslərin hücumuna məruz qalıb.

"Qafqazinfo" hotsport.rs saytına istinadən xəbər verir ki, hadisə dünən Serbiyanın paytaxtı Belqradda baş verib.

Səhər saat 6-da kafelərin birində naməlum silahlılar Miçoviçə və Yaşara atəş açıb. Serb qapıçı başından, azərbaycanlı şəxs isə ayağından güllə yarası alıb.

İnsident mübahisə zəminində baş verib.

Mediainfo.az