Narkotacirlərə hökm oxunub

Narkotacirlərə hökm oxunub

8 Fevral 2017 17:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Rövşən Kazımov, Fərid Səfərzadə və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rövşən Kazımov və Fərid Səfərzadənin hər biri 5 il, Xalid Hüseynov 1 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilən Ruslan Balabəyli 1 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

R. Balabəylinin anası Esmira Balabəyova barəsində isə 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Rövşən Kazımov, Fərid Səfərzadə, Xalid Hüseynov, Ruslan Balabəyli və Esmira Balabəyova 1 kiloqramdan artıq qurudulmuş marixuananı satmaqda ittiham olunurlar. Onlar qarşı Cinayət Məcəlləsinin 234.3 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham irəli sürülüb. Ruslan Balabəyli və Esmira Balabəyova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Mediainfo.az