Bakıda dostlar bir-birini baltaladı

Bakıda dostlar bir-birini baltaladı

26 Sentyabr 2011 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Bakıda dəhşətli qətl törədilib. Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən bildirilib. Hadisə Suraxanı rayonu, Çöl küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Həmin ünvanda yaşayan 44 yaşlı Məhəmməd Nəsibov dostu, 53 yaşlı Yaqub Həsənovla yeyib-içdikdən sonra aralarında mübahisə düşüb. Nəticədə onlar bir-birinə bıçaq və balta ilə ağır xəsarətlər yetiriblər. M. Nəsibov aldığı xəsarətlərdən yerindəcə ölüb. Y. Həsənov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin xəsarəti ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

İnsanlar səhvlərini xoşbəxt ikən deyil, ancaq bədbəxt ikən başa düşər.

Tofiq Əliyev

O.M.