Bakıda kişi sevgilisi ilə birlikdə oğurluğa getdi

Bakıda kişi sevgilisi ilə birlikdə oğurluğa getdi

6 Fevral 2017 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nərimanov rayonunda avtomobildən külli miqdarda pul oğurlanıb.

Bakı şəhər sakini Səbuhi Əhmədova məxsus "Hyundai" markalı avtomobildən içərisində 134.000 rus rublu və sənədlər olan çantaları oğurlanıb.

Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi və Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Xəlilov və Qusar rayon sakini Liza Hacıxanova tutulublar. Məlumata görə, Orxan Xəlilovla Liza Hacıxanovanın sevgili münasibətləri olub, onlar Binəqədi rayonu ərazisində kirayədə yaşayıb.

Rusiyada yeni gələn Səbuhi Əhmədovun maşınında xeyli miqdarda pul olduğunu Liza Hacıxanova bilib və bu barədə Orxan Xəlilova deyib. Onlar Səbuhi Əhmədovu izləyərək, bu oğurluğu törətməyə nail olublar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı