Azərbaycanlı Ukraynada rüşvətə görə saxlanıldı

Azərbaycanlı Ukraynada rüşvətə görə saxlanıldı

3 Fevral 2017 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Milli Bankının ödəniş sistemləri departamentinin direktoru 25 min dollar rüşvət alarkən saxlanılıb.

APA-nın məlumatına görə, onunla birlikdə 3 nəfər vasitəçi qismində yaxalanıb. Onlardan biri milliyyətcə azərbaycanlıdır.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinə yazılı məlumat verildiyi deyilir.

Milli bank rəsmisi aldığı rüşvət qarşılığında Ukraynanın "Platiservis" milli ödəniş sisteminin ölkə sərhədlərindən kənarda nağd və nağdsız ödənişlər həyata keçirə bilməsi üçün qurumu Milli Bankda qeydiyyatdan keçirəcəyinə söz verib.
Faktla bağlı cinayət işi başlanılıb, həbs-qətimkan tədbirinin seçilməsi nəzərdən keçirilir.

Mediainfo.az