Rusiyada başından güllələnən avtoritetin nəşi Azərbaycana gətirildi

Rusiyada başından güllələnən avtoritetin nəşi Azərbaycana gətirildi

1 Fevral 2017 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb.

"Report" xatırladır ki, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.

Belə ki, Surqut şəhərində "Kafe Rus" iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq ("sxodka") olub. Avtoritetlər arasında mübahisə düşüb.

Nəticədə Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başından güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.

S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır.

Mediainfo.az