Məhkəmə iş yoldaşını bıçaqlayan şəxsi axtarışa verib

Məhkəmə iş yoldaşını bıçaqlayan şəxsi axtarışa verib

1 Fevral 2017 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ceyhun Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Təqsirləndirilən şəxsin vəkili Tarif Nəsirovun apa-ya verdiyi məlumata görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə haqqında başqa yerə getməmək iltizam tədbiri seçilən C. Mustafayev məhkəmə iclasına dəfələrlə gəlmədiyindən, onun barəsində axtarış elan olunması haqqında qərar verilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən taxta sexlərindən birində işləyən C. Mustafayev aralarında yaranan münaqişə zəminində iş yoldaşı Mahir İbrahimovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan M. İbrahimovu etmək mümkün olub.

Mediainfo.az