Corat qəsəbəsində qətl törədilib

Corat qəsəbəsində qətl törədilib

23 Sentyabr 2011 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 22-də saat 18.00 radələrində Sumqayıtda qətl törədilib. Hadisə Corat qəsəbəsində yerləşən Mədəniyyət Evinin qarşısında qeydə alınıb. Qubadlı rayonundan olan məcburi köçkün, 56 yaşlı Əbülfət Məhəmməd oğlu Şıxəliyev Corat qəsəbə sakini 23 yaşlı Ağakərim Həsən oğlu Abdullayev tərəfindən bıçaqlanıb. Aldığı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılan yaralını xilas etmək mümkün olmayıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən A. Abdullayev tutulub. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et.

Tofiq Əliyev

O.M.