Sumqayıt sakinindən və Sabirabad sakinindən narkotik vasitə götürülüb

Sumqayıt sakinindən və Sabirabad sakinindən narkotik vasitə götürülüb

22 Sentyabr 2011 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Sədrəddinovdan 33,32 qram marixuana götürülüb. Onun evinə baxış zamanı oradan əlavə olaraq 1 kiloqram 540 qram marixuana aşkar edilib.

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Hümbət Musayevdən 0,67 qram marixuana götürülüb. Onun evinə baxış zamanı oradan əlavə olaraq 423,2 qram marixuana aşkar edilib. Hər iki faktla bağlı cinayət işi qaldırılıb.

Qanuna yaxın olun ki, cinayətdən uzaq olasınız.

Tofiq Əliyev

O.M.