Avtomobillərdən oğurluq etmiş Sumqayıt şəhər sakinləri saxlanılıb

Avtomobillərdən oğurluq etmiş Sumqayıt şəhər sakinləri saxlanılıb

22 Sentyabr 2011 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhəri ərazisində, şəhər sakini Elvin Şükürova məxsus "VAZ-2107" markalı avtomaşından maqnitofonu və səsgücləndiriciləri sökülərək oğurlanıb. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakinləri Bayram Əliyev, Camal Mikayılov və əvvəllər məhkum olunmuş Elvin Nəsrullayev saxlanılıb. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların sentyabrın 17-də Murad Həbibova məxsus "VAZ-21099" markalı və sentyabrın 19-da Vüsal Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşınlardan maqnitofon və səsgücləndirici, habelə sentyabrın 21-də Rahib Novruzova məxsus "VAZ-2107" markalı avtomaşından 2 ədəd mobil telefon oğurlamaları da müəyyən edilib.

Asan yolla pul qazanmaq istədilər, daha da çətinə düşdülər.

Tofiq Əliyev

O.M.