Avtomaşın qaçırmış Gəncə şəhər sakini tutulub

Avtomaşın qaçırmış Gəncə şəhər sakini tutulub

22 Sentyabr 2011 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhəri ərazisində, Fazil Əliyevə məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılıb. DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102 Zəng Mərkəzi", Kəpəz RPİ, Samux RPŞ və Şəhər Mühafizə İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Sevinc qəsəbə sakini Tural İsmayılov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun sentyabrın 21-də Gəncə şəhər sakinləri Raman Həsənova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırması, Zakir Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşını isə qaçırmağa cəhd göstərməsi də müəyyən edilib.

Qanundan qaçmaq heç də avtomobil qaçırmaq qədər asan deyil.

Tofiq Əliyev

O.M.