İran 17 yaşlı gənci asdı

İran 17 yaşlı gənci asdı

22 Sentyabr 2011 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Fars" agentliyinin bildirdiyinə görə, İranda bir mübahisə zamanı bıçaqla öldürülən Ruhollah Dadaşinin qatili asılaraq öldürüldü. Qatil Əlirza Molla Sultaninin 17 yaşı olmasına, Beynəlxalq Əfv Təşkilatının işə qarışmasına baxmayaraq, İran hökuməti qanun-qaydasından vaz keçmədi. Qonşu ölkə mərhumun yetkinlik yaşına çatmadığını söyləyən dünya ictimaiyyətinə qarşı bu faktı qoydu: bizim (hicri) ay təqvimimizə görə onun 18 yaşı var. Xatırladaq ki, xüsusilə ərəb ölkələrində istifadə edilən ay təqvimi 354 gün təşkil edir.

Cinayəti cinayətlə yudular.

Günel Həbib

O.M.