Bakıda 16 yaşlı gənc qətl törətdi

Bakıda 16 yaşlı gənc qətl törətdi

22 Sentyabr 2011 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qətl törədilib. Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gecə rayon ərazisində yerləşən parklardan birində baş verib. Rayon sakini 16 yaşlı Məhəmməd Məmmədov münaqişə zəminində 18 yaşlı Anar Əlizadəni bıçaqlayıb. A. Əlizadə aldığı bıçaq xəsarətindən yerindəcə keçinib. Hadisəni törədən M. Məmmədov saxlanılıb. Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

İnsanlar səhvlərini xoşbəxt ikən deyil, ancaq bədbəxt ikən başa düşər.

Tofiq Əliyev

O.M.