Sumqayıt sakini yaşadığı binanın qarşısında qətlə yetirilib

Sumqayıt sakini yaşadığı binanın qarşısında qətlə yetirilib

20 Sentyabr 2011 17:47
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərində qətl törədilib. Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib. Hadisə Sumqayıt şəhəri 18-ci məhəllə, 36 saylı binanın qarşısında qeydə alınıb. Həmin binada yaşayan, 45 yaşlı İlyas Vahabov blokun qarşısında bıçaqlanıb. İ. Vahabov aldığı çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Hadisənin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil. Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsi və şəhər Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Tanrının verdiyi canı yalnız Tanrı ala bilər. Əks halda bu ən böyük cinayət və günahdır.

Tofiq Əliyev

O.M.