Bakıda kişi keçmiş həyat yoldaşının boğazını kəsdi

Bakıda kişi keçmiş həyat yoldaşının boğazını kəsdi

20 Sentyabr 2011 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonunda ailə-məişət zəminində dəhşətli qətl hadisəsi törədilib. Kişi keçmiş həyat yoldaşının boğazını üzüb. Qorxunc hadisə bu gecə Abdulla Şaiq küçəsində, 179 saylı evin qarşısında törədilib. 22 yaşlı Saatlı rayon sakini Zülfüqarov Röyal Rövşən oğlu 19 yaşlı Zülfüqarova Fəridə Vüqar qızına və onun yanında olan tanışı, 23 yaşlı Mahmudov Fərid Məmmədağa oğluna bıçaqla bir neçə xəsarət yetirib. Fəridə Zülfüqarova aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib, Fərid Mahmudov isə ağır yaralanaraq 1 saylı xəstəxanaya yerləşdirilib. Röyal Zülfüqarov qanlı hadisəni törətdiyi bıçağı qətlə yetirdiyi Fəridənin cəsədinin yanında ataraq qaçıb.

Qeyd edək ki, evli olan Fəridə və Röyal bir müddət əvvəl rəsmən ayrılıblar. Onların birgə nikahdan bir övladları da var. Ancaq Fəridənin başqa birisi ilə görüşdüyünü eşidən Röyal bunu özünə sığışdıra bilmədiyindən onu izləməyə başlayıb. Məlumata görə, Fəridə təxminən 3-4 ay bundan əvvəl də başqa bir oğlana qoşulub qaçıbmış. Ancaq sonradan ailə üzvləri onu geri qaytara biliblər. Polis hadisə baş verən gecə də Fəridənin yenidən belə bir fikrə düşdüyünü ehtimal edir. Onlar bunu Fəridənin üzərindən aşkar olunan geyim əşyaları ilə əlaqələndirirlər.

Keçmiş əri Röyal Zülfüqarovun ötən gecə Abdulla Şaiq küçəsində Fəridəni və Fərid Mahmudovu izləyərək bir yerdə tutması cütlüyün planlarını alt-üst edib. Röyal üzərində gəzdirdiyi bıçaqla əvvəlcə Fəridi, sonra Fəridəni vurub. Ancaq onun bununla da ürəyi soyumayıb və keçmiş arvadının başını kəsib. Faktla bağlı cinayət işi başlanılıb.

Savaşa gedərkən bir, dənizə çıxarkən iki, evlənərkən üç dəfə düşünün. (Rus atalar sözü)

Tofiq Əliyev

O.M.