Bakıda ər arvadını qətlə yetirib

Bakıda ər arvadını qətlə yetirib

14 Aprel 2011 16:12
828
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nərimanov rayonunda dəhşətli qətl hadisəsi törədilib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün saat 14:00 radələrində Z.Xəlil küçəsində qadının meyiti tapılıb. Hadisə yerinə prokurorluq əməkdaşları, kriminalistlər gəliblər. Qadının üzərində heç bir sənəd olmadığından şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Onun əri Elçin Babazadə tərəfindən öldürüldüyü bildirilir. Hazırda əməliyyat qrupu müqəssirin tutulması istiqamətində işləyir.

Kimisə öldürmək çıxış yolu deyil. Çünki qətl ilk növbədə öz gələcəyini, arzularını, ümidlərini, illərini öldürmək deməkdir...

Hafiz Əhmədov

O.M.